Xəbər lenti
Bütün xəbərlər

Prezident MTN generallarını da əfv edib

  • 07 apr 2020, 12:35
Məlum olduğu kimi, Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Sərəncama əsasən azadlığa buraxılanlar arasında sabiq MTN generalları - 66 yaşlı Sübahir Qurbanov və general Akif Çovdarov da var.
Xatırladaq ki, S.Qurbanov ləğv edilmiş MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi olub.
Məhkəmənin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
A. Çovdarovun isə 68 yaşı var. O da 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilmişdi. Məhkəmənin hökmü ilə A. Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Demokratik.Az


Oxşar xəbərlər