DİN BU İDARƏ VƏ ŞÖBƏLƏRİ LƏĞV ETDİ - Nazir əmri

  • 03 mart 2020, 16:16
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Oxşar xəbərlər