Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE

  • 22 okt 2019, 19:54

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Demokratik.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncamla Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

Bəs, baş nazirin yeni müavini Şahin Mustafayev barədə nələri bilirik?

Şahib Mustafayevin tərcümeyi-halını təqdim edirik.

Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub.

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə "Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.

2016-cı ilin yanvarın 15-dən bu günə kimi iqtisadiyyat naziri işləyib.

Ailəlidir, 3 övladı var.

Demokratik.Az

Oxşar xəbərlər