Xəbər lenti
Bütün xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT

  • 19 avq 2019, 21:54
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadıqov bundan sonra sözügedən vəzifəni icra edəcək.
Qeyd edək ki, Ədalət Sadıqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü. Həmin vaxt onun rütbəsi polkovnik olsa da, rütbəsi endirilərək polkovnik - leytenant olmuşdu (Oxu.az)
Oxşar xəbərlər