Demokratik TV
Xəbər lenti
Hökumət bu işsizlərə pul verəcək – Qərar
- 02 iyun 2019, 11:21
Baş Nazir Novruz Məmmədov "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edib.
Demokratik.Az bildirir ki, yeni qayda "Məşğulluq haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən hazırlanıb.

Qaydaya görə, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.
Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Xidmət tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.
Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.
Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
- işsiz kimi qeydiyyatı ləgv edildikdə;
- işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
- təhsil müəssisəsindən xaric olunduqda.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda 50 min ailə sosial yardım alır
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Rusiyada rəsmən 1 milyona yaxın işsiz var
GƏNCƏDƏ DİREKTORLUQ DAVASI
Moskvada işsiz adamın “Porsche”si qaçırıldı
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti