Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO

  • 11 fev 2019, 20:16

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Şahvələd İsmayıl oğlu Əliyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini təyin edib.

Şahvələd Əliyev Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışıb. Azərbaycan Respublikasının Prezidenti 14 avqust 2010-cu il tarixli sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib. Şahvələt İsmayılov Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Əliyev Ziyəddin İsmayıl oğlunun qardaşıdır.

Oxşar xəbərlər