Konstitusiya Məhkəməsinin işçiləri təltif olunub - Sərəncam

  • 11 iyul 2018, 22:49
Demokratik.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin yeni təltif sərəncamı bu dəfə Konstitusiya Məhkəməsi işçilərini sevindirib.
Sərəncam İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi ilə əlaqədar imzalanıb. 
Bu münasibətlə Azərbaycan Prezidentin sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslan oğlu Aslanova, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Humay Elçin qızı Əfəndiyevaya, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Anar Nizami oğlu Hacızadəyə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib.
 
Demokratik.Az
Oxşar xəbərlər