İlahiyyat İnstitutunun yeni rektoru kimdir? - FOTO+BİOQRAFİYA

  • 31 may 2018, 21:25

Bu gün Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının imzaladığı sərəncamla Ceyhun Valeh oğlu Məmmədov bu insituta rektor təyin olunub.

Demokratik.Az-ın məlumatına görə, yeni yaradılmış dini təhsil ocağının yeni rektoru Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib. O, Xəzər Universitetinin ilahiyyat üzrə fəlsəfə doktorudur.

Yeni rektor öz namizədlik dissertasiyasını Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri” mövzusunda müdafiə edib. 

Həmçinin, ərəb dili üzrə tərcüməçilik edən ilahiyyatçı rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu instutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.

Demokratik.Az

Oxşar xəbərlər