Daha bir deputat komitə sədri oldu

  • 23 apr 2018, 21:10

Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

"Report”un məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib. Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri isə Nazim İbrahimov idi.

Demokratik.Az

Oxşar xəbərlər