İlham Əliyev yeni sərəncam imzaladı

  • 06 sen 2017, 18:30

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra "Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilir.

 

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.

 

Oxşar xəbərlər