Prezident Lənkərana 7.5 milyon ayırdı

  • 07 iyun 2017, 20:46

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

"Demokratik.Az"

Oxşar xəbərlər