Prezident Əflatun Amaşovu "Şöhrət" ordeni ilə təltif etdi

  • 25 apr 2017, 21:32

Prezident İlham Əliyev Əflatun Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Demokratik.Az"xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əflatun Əhməd oğlu Amaşov "Şöhrət" ordeni ilə təltif edilsin".

 

" Demokratik.Az"

Oxşar xəbərlər