Azərbaycanda meymunçiçəyi virusu qeydə alınmayıb – AÇIQLAMA

  • 06 iyun 2022, 13:30
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.
Mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi hadisəsi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.
Maraqlıdır, Azərbaycanda necə, sözügedən xəstəliyə yoluxan varmı?
Mövcud sualla bağlı Sfera.az-a Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib:
“Hazırda ölkədə meymunçiçəyi virusuna yoluxma ilə bağlı hadisə qeydə alınmayıb”.
Xatırladaq ki, qeyd olunan xəstəliyə ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12) dayanır.
Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.
Oxşar xəbərlər