Modul tipli xəstəxanalar bağlanır - VİDEO

  • 15 apr 2022, 20:51
Son günlər COVID-19-a yoluxanların sayındakı azalma ilə bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Bu məsələ oradakı tibbi avadanlıqların aqibətini gündəmə gətirir.
Demokratik.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ''Xəzər Xəbər''ə açıqlamasında deyib ki, bağlanan modul tipli xəstəxanalardakı tibbi avadanlıqlar yalnız dövlət xəstəxanalarına verilə bilər. Onun sözlərinə görə, COVID-19-a yoluxmuş insanların müalicə edildiyi xəstəxanaların ənənəvi qaydada fəaliyyəti bərpa edilib.
Xezerxeber.az-ın məlumatına görə, Vüqar Qurbanov TƏBİB-
in tabeliyində olan tibb müəssisələrində mütəmadi şəkildə yoxlamaların aparıldığını bildirib. Səbəb isə baş verə biləcək neqativ halların qarşısını almaqdır.
Qurum rəsmisi gələcəkdə icbari tibbi sığorta xidməti çərcivəsində vətəndaşların xəstəxananı istəklərinə uyğun seçə bilmək məsələsinə də aydınlıq gətirib.
''Hal-hazırda bir sıra xəstəliklər üzrə əməliyyatlar məhz özəl xəstəxanalarda həyata keçirilir'',-deyə Vüqar Qurbanov vurğulayıb.

Oxşar xəbərlər