Rüstəm Muradov "getdi" – Sülhməramlılara yeni rəhbər təyin olundu

  • 13 may 2021, 12:13
Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan göndərilir.
Ermənistan KİV-nin bu saatlarda yazdığına görə, kütləvi şikayətlərdən sonra 10 noyabr bəyanatının ardından Qarabağa sülhməramlıların rəhbəri kimi göndərilən general-leytenant Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb. Onun yaxın günlərdə bölgəni tərlk edəcəyi iddia edilir. Muradovu isə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeevin əvəz edəcəyi gözlənilir.
 
Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.
Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, xatırlayırsınızsa, bir müddət öncə Muradov Ermənistan hakimiyyətinin diversantların qaytarılması ilə bağlı yalan məkumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.
Demokratik.Az
Oxşar xəbərlər