Şuşanın İsa Bulağı tam bərpa edilib

  • 08 sen 2021, 18:45
Şuşa şəhərinin əsas simvollarından biri olan İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.
Demokratik.Az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Twitter hesabında paylaşım edib.
“Bulağın özu mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb. Bulağın su təminatı tam bərpa olunub”, - deyə, paylaşımda qeyd olunub.
Oxşar xəbərlər