İrəvandan Qarabağdakı itkilərlə bağlı yeni açıqlama-RƏSMİ

  • 18 fev 2021, 14:30
Qarabağda müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən 13 fevral 2021-ci ilədək Ermənistanda məhkəmə-tibb ekspertizadan keçirilən meyitlərin sayı 3577 olub.
Demokratik.Az xəbər verir ki, bununla bağlı erməni mediası xəbər yayıb. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 428 meyit nümunələri DNK ekspertizası mərhələsindədir.
Bildirilir ki, Qarabağda öldürülən hərbçilərin 2364-nün adı açıqlanıb. Bununla yanaşı, Qarabağ erməniləri 1485 nəfərin meyitinin tapıldığını bildiriblər. Erməni mətbuatı xatırladır ki, baş nazirin müavini Tiqran Avinyan Qarabağda ölənlərin 4 min nəfəri keçmədiyini iddia etmişdi.
Ancaq açıqlanan rəqəmlərdən göründüyü kimi, erməni tərəfin itkilərinin sayı daha çoxdur.
Oxşar xəbərlər