"Bizim Dövr" qazetinin baş redaktoru həbs olundu-DTX əməliyyatı
Qabaqcadan əlbir olan
bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş
texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb
münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə
ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi
olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində
vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif
idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq
toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində
(DTX) araşdırılarkən Azərbaycan ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin
jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə
halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri
ifşa edilmiş, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb
DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata
görə, DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb
etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik
olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi
faktları üzrə cinayət işi başlanılmış, "Bizim dövr” qəzetinin baş redaktoru
Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq
cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.
Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və
digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar
verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı
vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən
edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Demokratik.Az