Məhkəmə hakimi vəzifəsini tutma şərtləri dəyişdirildi

  • 28 okt 2016, 20:34
Milli Məclisdə Azərbaycanda məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişiklik edilib. "Məhkəmələr və hakimlər haqqında” qanunun 93-cü (Hakim vəzifəsinə namizədlərə aid tələblər) və 93-3-cü (Hakim vəzifəsinə namizədlərin seçilməsi) maddələrinə əlavə və dəyişikliklərə dair təkliflər 93-cü maddəyə təklif edilən əlavə və dəyişikliyə əsasən, "hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş” sözləri "barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş” sözləri ilə əvəzlənir.

93.3-cü maddəyə isə qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslərin 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün keçirilən imtahanlarda iştirakına qadağa qoyulması ilə bağlı dəyişiklik edilməsi təklif olunur. Layihə səsə qoyularaq qəbul olunub.
Oxşar xəbərlər