3500 məhkum azadlıqda - Amnistiya aktının icrası başa çatdı

  • 18 okt 2016, 17:55
Azərbaycan Respublikasında 28 May - Respublika Günü münasibəti ilə qəbul olunan amnistiya aktının icrası başa çatıb.

10 min nəfəri əhatə edən amnistiya aktı ilə 3 500 nəfər məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, amnistiya aktı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub.

Amnistiya aktının icra müddəti 4 ay olub, iyunun 15-dən oktyabrın 15-dək davam edib.(report.az)
Oxşar xəbərlər