Xəbər lenti
Bütün xəbərlər

Gömrüyün “monopoliya əfsanəsi” çökdürülür?….

  • 16 okt 2016, 12:12
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun fəaliyyətinin araşdırılmasına qərar verilib. 
Bu şəxsin qeyri-adi idarəçilik ənənələrinə sahib olması artıq media vasitəsilə bəllidir. Düzdür, bəlkədə indiyədək yazılan bir çox yazılarda yer alan faktlar onu öz orbitindən çıxmağa yetərli gücdə olmayıb. Amma deyəsən vaxt yetişib, son aylar ərzində ölkə rəhbərliyinə Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluqlarla bağlı özündə konkret faktları əks etdirən informasiyalar ötürülüb ki, sonda gözlənilən yoxlamalar öz axınını Vüsal Novruzovun fəaliyyətinə doğru yönəldib.
Yayılan məlumatlara görə, təftişlərin nəticəsi olaraq bəzi şəxslərin vəzifədən azad ediləcəyi, bəzilərinin isə həbs olunacağı gözlənilir. Bu sırada fəaliyyəti daha çox narazılıq doğuran DGK rəsmisi isə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Vüsal Novruzovun gömrükdə bir sıra əməliyyatları inhisarda saxlaması, mövqelərini günü-gündən gücləndirməsi və böyük biznes imperiyası qurmaq yönündə əməli addımlar atması artıq "yuxarılar”da da ciddi narazılıqlar yaradıb.
Demokratik.Az-ın məlumatına əsasən, məsələ ciddidir və Vüsal Novruzovun idarəsinin təftişi generalın "vurulması"ilə nəticələnə bilər.
Faktı DGK-dan dəqiqləşdirmək cəhdlərimiz uğursuz oldu... 
Qarşı tərəfin söz haqqını da tanıyırıq.
 
Demokratik.Az
Oxşar xəbərlər