Bakıda məktəbin zirzəmisindən silah-sursat çıxdı

  • 13 iyul 2016, 14:37
Bakıda orta məktəblərdən birindən silah-sursat tapılıb.

DİN-in yaydığı məlumatda bildirilir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız "F-1" qumbarası, 1 ədəd alışqanlı "RQD-5" qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd "Viola-M" rabitə qurğusu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.
Oxşar xəbərlər