Politika.az Aqrar Universitetdən-şəxsən İbrahim Cəfərovdan üzr istədi

  • 04 iyul 2016, 17:30
Son bir neçə ayda Politika.az Azərbaycan Dövlət Aqrar Universiteti barədə gündə-günaşırı ağlasığmayan, bohtan və təhqirlər dolu, ictimai və dövlət xadimini ağır cinayətlərdə ittiham edərək günahlandırmışdır. 

Yalan, böhtan və təhqirlə dolu bu yazılar Universitetin işgüzar fəaliyyətinə, aparılan təhsil siyasətinə, rəhbər işçilərin siyasi mənsubiyyətinə kölgə salan, ictimai rəyi yanlış yönəldən silsilə məqalələr sayt rəhbəri tərəfindən təkzib edilir.

Bu məsələlərlə bağlı Universitetin rektoru İbrahim Cəfərov sayt rəhbəri Xəyyam Surxay oğlu Salmanzadənin yaşadığı ünvanda məhkəməyə müraciət edib. Universitetin rəhbərliyi tərəfindən qaldırılan xüsusi ittiham artıq Ağdam rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir.

Həmin məqalələrin siyahısı bunlardır: "Politika.az” İnformasiya Agentliyinin iternet saytında 19 aprel 2016-cı il tarixində "Hesablama Palatası Aqrar Universitetə çağırıldı”, 02 may 2016-cı il tarixində "Daha bir təhsil ocağında korrupsiya faktı aşkarlandı”, 11 may 2016-cı il tarixində "İbrahim Cəfərovun da üzü döndü:”Diplom işinə” 500 manat-təfsilat”, 13 may 2016-cı il tarixində İbrahim Cəfərov soğan yeməyibsə içi niyə göynəyir?-CAVAB HAQQIMIZ”, 20 may 2016-cı il tarixində "Aqrar Universitet rəhbərliyində aqrar təfəkkürü:nə günlərə qaldız?-təfsilat”, 23 may 2016-cı il tarixində Aqrar Universitetdə İbrahim Cəfərov rüzgarı: milyonlar necə qazanılır-təfsilat”, 26 may 2016-cı il tarixli "Adını yaza bilməyənlərin və dələduzların ümidinə qalmış rektor-CAVAB HAQQIMIZ”, 13 iyun 2016-cı il tarixli " İbrahim Cəfərov nə etmək istəyir?-təfsilat”, 14 iyun 2016-cı il "Politika.az”-da rəhbər dəyişikliyi-təfsilat”, 14 iyun 2016-cı il tarixli "Rektor jurnalisti məhkəməyə verdi”, 16 iyun 2016-cı il tarixli "Təcili: Xəyyam Salmanzadəyə möhtəşəm dəstək-təfsilat”, 18 iyun 2016-cı il tarixli "Əlil-Şəhid ailələrindən Xəyyam Salmanzadəyə dəstək-təfsilat”, 27 iyun 2016-cı il tarixli "Politika.az-ı dəstəkləyənlər durmadan artır”, 27 iyun 2016-cı il " Rektor Şəhidin jurnalist qardaşını həbs etdirmək istəyir”, 28 iyun 2016-cı il tarixli ”Prezidentdən niyə nümunə götürmürsünüz cənab rektor?”, 04 iyul 2016-cı il tarixli " İbrahim Cəfərov üçün "mıxın mismara çevrilmə” hikməti, yaxud Elşad Abdullayev yolu” başlıqlı təhqir və böhtan dolu silsilə məqalələr yayımlanıb.- Həmin silsilə məqalələri mən, Xəyyam Salmanzadə təkzib edərək şəxsən İbrahim Cəfərovdan, Azərbaycan Dövlət Aqrar Universitetindən üzr istəyirəm və oxuculardan həmin məqalələrə inanmamalarını xahiş edirəm.

Qeyd edək ki, çoxsaylı xahişləri, saytın təsisçisi və baş redaktoru Xəyyam Salmanzadənin uşağının böyrək xəstəliyini, arvadının ağır yataq xəstəsi olmasını və ələlxüsus qardaşının Vətən torpaqlarının azadlığı uğrunda canından keçməsini, nəhayət X. Salmanzadənin acizanə üzr istəməsini nəzərə alaraq Universitet rektoru etibarlı nümayəndəsinə məhkəmənin baxılmadan dayandırılmasını həvalə edib. Təkzib etmə həmin məqalələrin çap olunduğu günlərin sayı qədər Politika.az və həmin məqalələri yayımlayan başqa çap və elektron daşıyıcılarda yayımlanacaq.(Xəyyam Salmanzadə)

 

Demokratik.Az olaraq ədalətin zəfər çaldığına sevinirik.Öz lüzumsuz yazılarına görə üzr diləmək məcburiyyətində qalan zavallı jurnalistə-sayt rəhbərinə gələcəkdə daha diqqətli olmağı tövsiyyə edirik.Elə yazaq ki,sonda yalvarıb digər həmkar yoldaşlarımızın yanında biabır olmayaq. 

Oxşar xəbərlər