Naqif Həmzəyev əlçatmazdırmı?

  • 21 iyun 2016, 17:38

Bir müddətdir ki,Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyevin barəsində silsilə xəbərlər yayılır.Həmin yazılanlara inansaq,gəncəlilər adıçəkilən millət vəkilini axtarır və onu tapmaqda mediadan yardımçı olmağı istəyirlər.Demokratik.Az "çoxsaylı" gəncəlinin bir neçə sayta xahişini nəzərə alıb Naqif Həmzəyevin həqiqətən də harada olduğunu,seçicilərdən həqiqətənmi üz çevirib qaçmasını araşdırıb.Hətta yazılanlarla bağlı Naqif Həmzəyevin şəxsi mövqeyini də öyrənməyə müvəffəq olub.Millət vəkili:"...yazılanlardan xəbərsizəm,doğrusu haqqımda yazılan sərsəm yazıları da oxumuram. Çünki belə şeylərə vaxt itirməyə dəyməz,sizə də məsləhət görmürəm.O ki,qaldı hansısa seçicinin məni tapa bilməməsinə,bu yalandır.Çünki Parlament iclaslarında,sessiyalarda Bakıya gedirəm,digər hallarda da Gəncədəyəm.Hansısa seçicim məni görmək istəyirsə buyurub Gəncə YAP təşkilatının binasına gələ bilərlər.Seçicilərimin hər birinə də hörmətlə yanaşıram.Qəbulumla bağlı vətəndaşlara qarşı heç bir süni əngəl görmürəm...Naqif Həmzəyev heç bir biznesinin olmadığına da diqqət çəkdi...

Demokratik.Az 

Oxşar xəbərlər