Rüstəm İbrahimbəyov Bakıda

  • 23 mart 2016, 19:02
Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib.

Vida mərasimini yazıçı Anar giriş sözü ilə açıb. O bildirib ki, mərhum yazıçı ilə 56 illik dostluğu olub:

"Maqsudla 56 il öncə tanış olmuşuq, ilk gündən dostlaşmışıq. Birlikdə ssenarilər yazmışıq, xarici ölkələrə səfərlər etmişik.  Heç vaxt təsəvvür etməzdim ki, Maqsudun dəfn mərasimində iştirak edəcəyəm. Həyatımın çox hissəsi onunla keçib. Onun ölümündən danışmaq ağırdır, çətindir".

Qardaşı Rüstəm İbrahimbəyov da mərasimə qatılıb.
Daha sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Azər Paşa Nemətzadə, M. İbrahimbəyovun oğlu çıxış ediblər. Mərhumun qardaşı Rüstəm İbrahimbəyov isə çıxış etməyib.

Vida mərasimi 14:00-da bitib. 

Mərhumun nəşi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb./müsavat.com/


















 

 



Oxşar xəbərlər