Xəbər lenti
Bütün xəbərlər

Müdafiə Nazirimizdən əsgər valideynlərinə bayram hədiyyəsi

  • 20 mar 2016, 13:02
Bu gün saat 10.00-da müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü keçirilir.
Müdafiə Nazirliyinin saytında yer alan sevindirici məlumata görə, bayram günləri ərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək üçün şərait yaradılacaq.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq,  konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
 
Demokratik.Az
Oxşar xəbərlər