Bir icra başçısıda işdən getdi

  • 14 mart 2016, 21:31
Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev daha bir rayonun icra başçısını vəzifəsindən kənarlaşdırıb.

Prezidentin sərəncamına əsasən Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyevin digər bir sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.