İlham Əliyev sərəncamını ləğv etdi

  • 09 mart 2016, 19:53
Azərbaycan prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 2011-ci il 11 iyul tarixli 1624 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
 
Bu sərəncam  Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamına uyğun olaraq ləğv edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nı təsdiq edib.
 
Tədbirlər Planında 2015-2020-ci illərdə təhsilin iinkişafı sahəsində həyata keçiriləcək tədbirlər əksini tapıb. Nazirlər Kabineti Azərbaycan prezidentinə Strategiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.

APA
Oxşar xəbərlər