Müdafiə Nazirliyinin hərbi hissələrinə baxış keçirilib

  • 02 mart 2016, 19:55
Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə baxışlar keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

Hərbi qulluqçuların məişət şəraiti, onlarla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə döyüşə daim hazırlıq, vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib. 

Ombudsman Aparatının əməkdaşları hərbi qulluqçularla görüşlər keçirib, insan hüquqlarının qorunması, xalqımıza qarşı törədilmiş hərbi cinayətlərlə bağlı məlumat verilib.
 
Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.