Bu gün Gəncədə nə baş verib? - FOTOLAR

  • 05 fev 2016, 20:38
Bu gün Gəncə şəhərində əmək yarmarkası keçirilib.
Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının binasında keçirilən yarmarkada minlərlə vətəndaş iştirak edib. 
 
Gəncə şəhər İcra Hakimiyyətindən Demokratik.Az-a verilən xəbərə görə Əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Lakin müraciət edənlərin sayının həddindən artıq çox olduğu, həmçinin ətraf rayonlardan çoxlu sayda vətəndaş müraciət etdiyi üçün gözlənilmədən ara qarışıb.Belə ki,aralarında iş tapmaq üçün yox,məqsədli şəkildə ara qarışdırmaq üçün yarmarkaya gələn şəxslər olub."Azadlıqradoosu"-nun yaydığı video material da bunları deməyə əsas verir.

İnsanlar arasında baş qaldıran süni təşviş aradan qaldırıldıqdan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəxsən növbəti həftənin cümə günü daha böyük əmək yarmarkasının keçiriləcəyini elan edib.Gəncə polisi də öz növbəsində qarşıdurma yaratmağa çalışan və ictimai qaydaları kobud şəkildə pozan bir neçə vətəndaşı qanunamüvafiq qaydada hadisə yerindən uzaqlaşdırıb.

Demokratik.Az olaraq onu da bildirək ki, yaxın günlərdə Gəncə şəhərində 40 ədəd 5 mərtəbəli və 9 mərtəbəli binanın fasad təmiri həyata keçiriləcək. Hazırda Gəncə şəhərində Filarmoniya, İmamzadə kompleksi, 39 saylı orta məktəb, Avtomobil zavodunun yaşayış binaları və bu qəbildən çoxlu sayda yerlərdə tikinti təmir işləri həyata keçirilir. Bununla da 5 mindən çox vətəndaş işlə təmin olunub. Yaxın günlərdə də yeni iş yerləri ilə bağlı vakansiyalar açıqlanacaq. Bu günkü yarmarka təxirə salınmayıb, vətəndaşlar 318 fəhlə, 248 qulluqçu, 185 nəfər isə xidməti işçi kimi işlərlə təmin olunub.Ətraf rayonlardan olan vətəndaşların müraciətlərinə gəlincə,öncədən də elan olunduğu kimi bu yarmarka yalnız Gəncə şəhər sakinləri üçün idi...
 
Demokratik.Az