Prezidentdən daha bir sərəncam - Polisə qadağa qoyuldu

  • 28 yan 2016, 17:49
Azərbaycan prezidenti İlham Əliyev "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən Nazirlər Kabineti Azərbaycan qanunları və prezident aktlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Dəyişikliklərə görə, şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və "Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz”, sənəddə qeyd edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər