Xəbər lenti
Bütün xəbərlər

20 Yanvar - şərəfin, istiqlalın tarixi

  • 20 yan 2016, 21:35

Bu gün Azərbaycan xalqının öz varlığını, milli birliyin sübut etdiyi, iradəsini, milli oyanışını nümayiş etdirdiyi, əzm, mübarizlik göstərdiyi tarixi gündən 26 il ötür.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində 132 nəfər şəhid oldu, 612 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəydi.


Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq bu dəfə internasionalizm adı altında imperiya marağını təmin edən Sovet sistemi, xalqlar dostluğundan danışsa da, heç də başqa xalqların gələcəyini düşünmədi. "Xalaqların dostluğu"- bayraqdarı Sovet imperiyasından əsarətdəki millətlərə dondurulmuş münaqişələr və istiqlalı uğrunda mübarizələrinə qarşı kin və şovinist yanaşma qaldı.
 

İmperiya marağını qorumaq naminə hər dövr üçün yeni ideologiyalarla xalqları boyunduruq və əsarət altında idarə edən rus hegomonluğu, azərbaycanlıların milli istiqbal və istiqlal amalının tarixən qarşısını alsa da, son söz millətin  iradəsi dedi.

Milli birlik hesabına yaranmış bu şanlı gün  acının, fəryadın deyil şərəfin, istiqlalın tarixidir!

 

Artıq 26 ili geridə qoymuş Azərbaycan xalqı, hər il 20 yanvar şəhidlərinin xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad edir.

 

 
Oxşar xəbərlər