Bakıda 26 yaşlı gənc özünü yandırdı

  • 16 yan, 20:18
  • baxış sayı: 536

Paytaxtda intihara cəhd hadisəsi olub.

Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

M.Muxtarov küçəsi dalan 2, ev 3-də yaşayan Bakı sakini, 1989-cu il təvəllüdlü Yusif Əbdül oğlu Salmanov üzərinə benzin tökərək intihara cəhd edib. Ailə üzvlərinin müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb.

5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Y.Salmanovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Oxşar xəbərlər