Demokratik TV
Xəbər lenti
Bakıda dörd ölkə birgə güzəştli tarif haqda razılığa gəldi
- 14 yan 2016, 21:38
Bu gün Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bugünkü tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: "Bu gün tədbirdə tranzit yük daşımalarının təşkilində imtiyazlı tarif şərtləri müzakirə ediləcək, bununla bağlı sənəd imzalanacaq”.
"Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin çıxışında deyib ki, 2020-ci ilə kimi Transxəzər nəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların ümumi həcmi 300 min konteyner olacaq: "Bu sənədin imzalanması hər dörd ölkə üçün uğurlu olacaq. Bu istiqamətdə yük daşımaları hər birimiz üçün həm əhəmiyyətli, həm də sərfəli olacaq”.
Tədbirdə həmçinin "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak ediblər.
Daha sonra müzakirələr qapalı şəkildə davam edib.
Report

Müşavirədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşımanın həcmi, Avropadan Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə və geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrinin müəyyənləşdirilməsi yanaşı, Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi məsələləri müzakirə edilir.
Tədbirin sonunda imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı sənədlər imzalanıb.
Report
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti