Demokratik TV
Xəbər lenti
"MTN işi"nə görə qovulan məmurun yerinə TƏYİNAT
- 07 yan 2016, 08:54
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub.
Demokratik.Az xəbər verir ki, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə "AZ-Evrotel" MMC-nin internet şöbəsinin rəisi və "Aztelekom" İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.
Xəbərə görə, "MTN işi" çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti