Horadizin işğaldan azad edilməsindən 22 il ötdü

  • 07 yan 2016, 08:50

Füzuli rayonunun 21 kəndinin və Horadiz şəhərinin işğaldan azad edilməsinə həsr olunan yürüş keçirilib.

El TV (Region TV) xəbər verir ki, Horadiz şəhərində təşkil edilən mərasimdə rayon sakinləri, hərbi hissələrin əsgər və zabitləri iştirak edib. "Qəhrəmanlar parkı"ndan başlayan yürüşdə uzunluğu 30 metr olan üç rəngli dövlət bayrağımız əsgərlər tərəfindən Heydər Əliyev mərkəzinin qarşısına gətirilib. Daha sonra ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb. Bildirilib ki, rayonun 21 kəndi və Horadiz şəhəri 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə işğaldan azad edilib.

Düşmənin həmin yaşayış məntəqələrindən çıxarılması ilə nəticələnən döyüş insanların təfəkküründə və inamında böyük dönüş yaradıb. Məhz Horadiz döyüşündən sonra Ermənistanın atəşkəs imzalamağa məcbur olduğu xüsusilə vurğulanıb. Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülər torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.

Oxşar xəbərlər