Ziya Məmmədovun oğlunun şirkəti ləğv olundu

  • 31 dek 2015, 22:19
Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.

Vergilər Nazirliyindən  verilən məlumata görə, "Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, "Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.


Qeyd edək ki, bu sığorta şirkəti Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.

(apa)
Oxşar xəbərlər