Demokratik TV
"Günəşli" faciəsində itkin düşən neftçilərlə bağlı ən son xəbər...

Bu barədə ans press-ə "Günəşli” platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər.
Məlumatda bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edlib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.
Qərargahdan yanğın ilə əlaqadər olaraq bildiriblər ki, neft quyularında yanğının qarşısı tam alınıb: "Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər. Ancaq hava şəraiti hələlik işləməyə imkan vermir. Hava şəraiti uyğun olan kimi, qaz quyularında baş verən yanğın söndürüləcək".
