MTN-in əsasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb

  • 14 dek 2015, 20:50
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.

 

Sənəddə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsinlər.

 

Nazirlər Kabinetinə isə 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

Demokratik.Az

Oxşar xəbərlər