Vergi Məcəlləsi dəyişdirildi - Yeniliklər başlanır - Fərman
Prezident İlham Əliyev "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2015-ci il tarixliu qanunun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun, bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Demokratik.Az"AzərTAc” istinadən xəbər verir. Fərmanda bildirilir:
1. "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilsin (əlavə olunur).
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. həmin Məcəllənin 220.8.1-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:
3.2. sadələşdirilmiş verginin məqsədləri üçün, tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlanması barədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən verilən məlumat formasını və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxslərin həmin Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman həmin Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən etsin.
4. Müəyyən edilsin ki:
4.2. həmin Məcəllənin 164.1.22-ci, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.4. həmin Məcəllənin 164.1.20-ci maddəsində "qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur;
4.6. həmin Məcəllənin 220.1-1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.
6. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:
6.2. 1.2-ci bənddə "159.9-cu, 164.2-ci” sözləri "164.1.22-ci” sözləri ilə, "maddələrində, 218.2-ci maddəsinin beşinci hissəsində və 220.8-ci maddəsində” sözləri ", 218.5.5-ci və 220.8.1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
6.4. 1.9-cu bənddə "maddəsində (hər iki halda)” sözləri "(hər iki halda) və 220.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
"1.24. həmin Məcəllənin 164.1.20-ci maddəsində "qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur.”.
8. Bu Fərmanın 1-ci hissəsi 2016-cı il yanvarın 1-dən, digər hissələri isə dərc edildiyi gündən qüvvəyə minir.