Sabiq nazir Əli Abbasov: “Evimdə oturmuşam” – yenilənib

  • 13 noy 2015, 19:59

"Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.

Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

"Heç bir axtarış olmayıb” – deyə sabiq nazir bu məlumatlara qısa açıqlama ilə münasibət bildirib.

Oxşar xəbərlər