Eldar Mahmudovun atasının ADAU-dakı barelyefi də uçuruldu

  • 03 noy 2015, 23:44


 

Artıq üçüncü həftədir ki,ölkə gündəmi sabiq MTN şefinin,onun gözlənilməz əməllərinin ətrafında cərəyan edir.Məlum həbslər,hadisələr isə zaman keçdikcə öz qəlpələrini "MTN İŞİ"nə birbaşa və ya dolayısıyla bağlı olan bir sıra iri məmurlara da səpələyir...


 

Demokratik.Az-ın məlumatına əsasən,İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun da Eldar Mahmudovla isti münasibətləri üzə çıxıb.Buna əsas səbəb isə sabiq təhlükəsizlik nazirinin akademik atası Əhməd Mahmudovun Mirdamət Sadıqovun müəllimi olmasıdır...


 

Hələ bir neçə il öncə, 2012-ci ildə Gəncədə Mirdamət Sadıqov MTN-in sabiq nazirinə jest etmiş və Aqrar Universitetdə onun atası Əhməd Mahmudovun 89-cu il yubiley konfransı keçirmişdi. Təbii ki, konfransda mediya nümayəndələri, yubilyarın ailə üzvləri, yaxınları, dostları ,o cümlədən Gəncə şəhər rəsmiləri də iştirak etmişdilər.

 

Konfransın təşkilatçısı Mirdamət Sadıqovun məqsədi həmin zaman Gəncə şəhərində özünün MTN şefi ilə möhkəm qırılmaz bağları olmasını nümayış etdirmək olub.Yəni yuxarıda da qeyd etdiyimiz kimi,ADAU-nun o zamanki rektoru özünün müəllimi olan Əhməd Mahmudovu unutmamasını bir daha onun oğluna, yəni daha sonradan əlaqələrini davam etdirdiyi sabiq nazir Eldar Mahmudova sübut etmək üçün ADAU-da iqtisadiyyat fakultəsində MTN şefinin xətri xoş olsun deyə baralyefin açılışını etmiş və Əhməd Mahmudovun adını daşıyan 215 nömrəli adutoriyanı təşkil etmişdi. Təbii ki, Əhməd Mahmudov bir akademik kimi Azərbaycan elmində tutduğu alim kürsüsü danılmaz olsada onun məhz ADAU-da Aqrar təyinatlı Ali təhsil ocağında adına açılan auditoriyanın mənasını və ya nəyə xidmət göstərməsini anlamaq elə də çətin deyil...

 

Demokratik.Az bildirir ki,ötən həftə Universitetin rektorunun ciddi tapşırığı ilə sözügedən barelyef dağıdılıb və akademikin adına olan auditoriya ləğv edilib.Hadisədən dərhal sonra isə rektor İbrahim Cəfərov Mirdamət Sadıqovun sərt təpkisi ilə üzləşib.Məlumata görə,tərəflər telefon danışığı zamanı bir-birinə ağır ittihamlar səsləndiriblər...

 

Əlavə məlumat üçün xatırladaq ki,Sabiq nazirin vəzifədən uzaqlaşdırılmasının dərhal ardından Naxçıvanın Şərur rayonunda atasının adına olan heykəli götürülmüşdü.

 

Adıçəkilən hər kəsin söz haqqını tanıyırıq.

 Demokratik.Az

 


Oxşar xəbərlər