Heydər Əliyev də ilk dəfə səs verdi

  • 01 noy 2015, 12:44

Bu gün keçirlən parlament seçkilərində ölkə prezidenti İlham Əliyev və ailəsi 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib. Demokratik.Az saytı xəbər verir ki, Azərbaycan prezidentinin oğlu Heydər Əliyev ilk dəfə səsvermədə iştirake dib.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.

Qeyd edək ki, Heydər Əliyev hazırda ADA Universitetinin tələbəsidir.

Oxşar xəbərlər