Sabiq MTN şefinin malikanəsinin dəyəri məlum oldu - 20 milyon

  • 27 okt 2015, 16:56

Mətbuatda sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun Badamdardakı malikanəsinin fotoları yer alıb. Şəkillərdə böyük bir torpaq sahəsi, həmin sahədə bir neçə böyük tikilinin olduğu görünür.

Aznews.az Eldar Mahmudova məxsus evin qiyməti ilə bağlı araşdırma aparıb. 

Araşdırma zamanı əmlak ekspertlərinin sabiq nazirin sarayı ilə bağlı ümumi rəyi belə olub: "50000 kv metr torpaq sahəsində tikinti altı sahəsi 1500 kv/m. olan 4 mərtəbəli villa var. Texniki mərtəbələrinin olduğu istisna olunmur. 

Bundan əlavə tikinti altı sahəsi 1300 kv metr olan 3 mərtəbəli digər villa da görünür. Ümumi sahəsi 2000 kv/metrdən artıq olan digər yardımçı tikililər, hovuzlar, mini futbol meydançası və s. var. İqamətgahın yerləşdiyi ərazi ilə üzbəüz təqribən 9000 kv/metrdə inşa olunmuş 600 kv/metr tikililər var. Böyük ehtimalla mühafizə zonası kimi istifadə olunub”. 

Ekspertlərin fikrincə, bu sarayın torpaq sahəsi üzrə ehtimal olunan bazar dəyəri 8 milyon 500 min manat təşkil edir: "Tikili və yardımçı tikililər üzrə ehtimal olunan bazar dəyəri isə 12 milyon manatdır”.
Oxşar xəbərlər