Xəbər lenti
Bütün xəbərlər

"Ziya Məmmədov"xofu icra başçılarını da bürüyüb?

  • 18 okt 2015, 20:06
Nazir özü İsveçrədədir, rayon rəhbərləri Yaşar Məmmədov, Mübariz Ağayev və Mənsur Məmmədov Avropa ölkələrinə gediblər

Bir müddətdir nəqliyyat naziri Ziya Məmmədovla bağlı olduqca ilginc iddialar yayılıb. Mətbuata sızdırılan informasiyalardan belə görünür ki, nazirin vəziyyəti yaxşı deyil və yaxın günlər üçün işdən çıxarıla bilər.

Qeyd edək ki, ötən gün bununla bağlı Demokratik.AZ-a verilən məlumatda Ziya Məmmədovun "sağ əli” olaraq tanınan Qulam Ələkbərovun da ölkədən qaçdığı deyilirdi. Bundan başqa Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, həmçinin nazirin bir sıra obyektlərinin əlindən alınması da artıq inkar olunmaz faktdır.

Məlumata görə isə təkcə nəqliyyat naziri Ziya Məmmədov deyil, həmçinin onun vəzifə başına gətirdiyi icra başçıları da əl-ayağa düşüblər. Belə ki, hal hazırda Məmmədovun məzuniyyətdə olduğu deyilir. Onun faktiki olaraq hansı ölkəyə getdiyinə dair nazirlik belə məlumat vermir. Amma bilgilərə görə, nəqliyyat naziri hazırda İsveçrədədir. Onun hansı məqsədlə bu ölkəyə getdiyi isə məlum deyil. İddialar var ki, vəziyyəti pisləşən sözegdən şəxs İsveçrə banklarındakı pullarını çıxarmaq üçün həmin ölkəyə üz tutub.

İcra başçılarına gəldikdə isə onların da Avropa ölkələrinə səpələndikləri deyilir. Yalnız bir neçəsi Azərbaycanda qalıb ki, informasiya toplasınlar və təlimatları həyata keçirsinlər. JAM.AZ-a verilən məlumata görə, Qubanın icra başçısı Yaşar Məmmədov artıq 5 gündür işə çıxmır. Onun harada olduğunu da bilən yoxdur.

Göyçayın icra başçısı Mübariz Ağayevin də hal hazırda Avropa ölkələrindən birində olduğu deyilir. Onun maliyyə məsələləri ilə əlaqədar xaricə getdiyi iddia edilir.

Nazirin Ucarın icra başçısı olan əmisi oğlu Mənsur Məmmədovun da artıq bir neçə gündür işə çıxmır. Onun da harada olduğu bilinmir.

Ziya Məmmədovun kadrlarından biri olan Sevindik Hətəmov isə Yardımlıda görəvinin başındadır. O digərlərindən fərqli olaraq məlumat toplayaraq, lazımi ünvanlara çatdırmaqdır. Buna pararlel olaraq onun nəqliyyat naziri tərəfindən mükafatlandırılaraq, Bakının böyük rayonlarından birinə icra başçısı gedəcəyi də deyilir.

Gedişatdan belə anlaşılır ki, Ziya Məmmədovun durumu kifayət qədər bərbaddır və bu səbəbdən də o, təkcə özü deyil, həmçinin əyan-əşrəfini də çöllərə salıb.
Oxşar xəbərlər