Paytaxtın 3 rayonunun polis rəisləri dəyişdirildi

  • 12 okt 2015, 15:13
Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.


Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.
Oxşar xəbərlər