Xəbər lenti
Bütün xəbərlər

"Putinlə Əliyevin çox pozitiv danışıqları oldu..."

  • 13 iyun 2015, 20:13
Rusiya və Azərbaycan prezidentləri – Vladimir Putin və İlham Əliyevin Bakı görüşü pozitiv keçib, ikitərəfli əlaqələrin bütün kompleksi və beynəlxalq məsələlər müzakirə edilib. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox pozitiv danışıqlar oldu və prezident (Putin –red.) səfərini çox pozitiv və xoş təəssüratlarla başa vurdu” – deyib Putinin sözçüsü.

Mətbuat katibinin sözlərinə görə, iki prezidentin görüşü bir neçə formatda keçib: "Əvvəlcə XİN başçıları və xarici siyasət köməkçiləri səviyyəsində görüş oldu. Sonra isə danışıqlar nümayəndə heyətləri səviyyəsində davam etdirildi. Nəhayət, prezidentlərin ikitərəfli görüşü reallaşdı”.

Peskov onu da əlavə edib ki, "Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətləri ənənəvi olaraq zəngin xarakter daşıyır”. 
Oxşar xəbərlər