Azərbaycan Dövlət Aqrar Universiteti növbəti uğuruna imza atıb

  • 10 iyun 2015, 16:56

Son günlər Azərbaycanda yeganə Aqrar Təhsil ocağı olan və nüfuzu dünyanın,xüsusilə də Avropanın tanınmış Ali təhsil müəssisələri ilə yanaşı çəkilən Azərbaycan Dövlət Aqrar Universitetində coşqu yaşanmaqdadır.Universitetin tələbə və müəllim kollektivi sevincli günlərini yaşayır...

Buna səbəb"Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci il tədris ilinin "ən yaxşı universiteti" sosial sorğusunun qalibinin məhz Azərbaycan Dövlət Aqrar Universitetinin olmasıdır. Demokratik.Az-ın əldə etdiyi xəbərə görə Universitetin rəhbərliyi və şəxsən hörmətli rektor,AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov professor-müəllim və tələbə heyətini təbrik edərək bunu görülmüş işlərin nəticələrindən biri kimi qiymətləndirib. Səhifədə əksini tapmış informasiyaya əsasən, ilk dəfədir ki,Paytaxtda deyil,bölgədə(Gəncədə)yerləşən ali təhsil müəssisəsi tədris ilinin ən yaxşı universiteti seçilib.

Bu münasibətlə Demokratik.Az olaraq Universitetin bu kimi uğurlarına sevindiyimizi bəyan edirik.Universitetə ünvanlanan çoxsaylı təbriklərə qoşuluruq və yeni-yeni uğurlar diləyirik.

Demokratik.Az 

Oxşar xəbərlər