Mənsimovun məktəb tikdirdiyi kənddə əxlaqsızlıq yuvası?

  • 05 iyun 2015, 22:05
"Qamo” istirahət evi Masallının Miyankü kənd sakinləri üçün göz dağına çevrilib...


"Masallının Miyankü kəndində əxlaqsızlıq yuvası fəaliyyət göstərir”.
Demokratik.Az-ın məlumatına görə,belə bir iddia ilə həmin kəndin sakini, hazırda Niderlandda mühacirətdə yaşayan beynəlxalq hüquq üzrə mütəxəssis Ataxan Əbilov çıxış edib.

Onun sözlərinə görə, Talış dağlarının ən səfalı yerlərindən birində bərqərar olan "Qamo” istirahət evi kənd sakinləri üçün əsl göz dağına çevrilib. Bu qeyri-qanuni fəaliyyətin arxasında isə onun əminliyinə görə, rayon səhiyyə idarəsinin müdiri, kənd sakini Cəlil Nəzərov dayanır.

Sitat: "Hər gün kənd camaatından çoxlu siqnallar alıram. ”Qamo" istirahət evi və onun ətrafında baş verənlər çoxlarını zinhara gətirib. Cəlil kişinin qılıncının sağı da, solu da kəsdiyi vaxtda kimsənin onun əməllərini açıq deyə bilməməsi də aydın başa düşüləndir".

Ataxan Əbilov bu yerdə kəndlə bağlı başqa bir maraqlı məqama da toxunaraq paralellik aparıb: "Kəndimizdə başqa bir kişinin təşəbbüsü ilə də bina tikilib. Bu, iş adamı Mübariz Məsimovun müasir üslubda tikdirdiyi məktəbdir. Beləcə, bir tərəfdə özünə ziyalı deməyə cəsarət etməyən iş adamının kənddə məktəb tikintisi, digər tərəfdə özünü yeri gəldi-gəlmədi hər yerə ”ziyalı" kimi təqdim edən birisinin əxlaqsızlıq yuvası tikməsi. İş adamının hərəkəti nə qədər təqdir olunandırsa, özünə "ziyalı” deyənin işləri hər cür nifrətə layiqdir".

Müəllif sonda kənd camaatının aidiyyəti orqanlardan "Qamo”nun fəaliyyətinin dərhal dayandırılmasını tələb etdiyini də qeyd edib.

P.S. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Oxşar xəbərlər