Xəbər lenti
Bütün xəbərlər

Təhsil naziri Polşa nümayəndə heyətini qəbul edib

  • 03 iyun 2015, 20:39

Bu gün təhsil naziri Mikayıl Cabbarov Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkənin ali təhsil müəssisələri ikitərəfli əlaqələrinin genişləndirilməsi və birgə təhsil proqramlarının həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində nəzərdə tutulan təhsil islahatları barədə qonaqlara ətraflı məlumat verib və bu çərçivədə iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər